Kişilər bu qoxuları çox bəyənir


Digərləri 03 İyn 2018 20:31:00 282 0

Kişilər bu qoxuları çox bəyənir

Gözəlliyinizə, xarici görünüşünüzə əhəmiyyət verdiyiniz kimi, ətir seçərkən də bu qədər həssas davranırsınızmı? Xoşlandığınız şəxsə təsir etmək üçün öncə qoxunuzla iz buraxmağınız lazımdır. Kişilər qoxu mövzusunda qadınlara nisbətən çox daha diqqətlidirlər. Onları qarşı cinsdə təsirləndirən ilk şey qoxudur. Son.az ailem.az-a istinadən kişilərin bəyəndiyi qoxuları diqqətinizə çatdırır.

Darçın qoxusu

Darçın qoxusunun zehin yorğunluğuna fayda verən və fiziki yorğunluğu götürən bir aroması var. Buna görə kişilər bu cür ətir istifadə edən qadınların yanında rahat hiss etdiyinin fərqinə varacaq. Beləliklə, bir addım daha yaxınlaşacaq. Darçın qoxusunun konsentrasiya artırma özəlliyi isə sizin üçün başqa bir fürsət ola bilər.

Yasəmən qoxusu

Narahatlıq, gərginlik kimi duyğuları azaldır. Özəl həyatınızda qarşı tərəflə daha sakit bir əlaqə yaratmağınıza kömək edir. Həmçinin yasəmən qoxusunun kişilər üzərindəki ən böyük təsiri empati duyğularını artırmaqdır. Bu vəziyyətdə bir-birinizi daha yaxşı anlaya bilərsiniz. Yasəmən qoxusunun verdiyi özünə güvən, qarşı tərəfə çox daha asan təsir etməyinizə şərait yaradar.

Lavanta qoxusu

Şampundan sabuna qədər hər yerdə istifadə edilən lavanta qoxusu ətirlər içində ən çox seçilən esanslar arasındadır. Cinsi xəbərdaredici olaraq bilinən lavanta qoxusu kişini sürətli şəkildə təsiri altına alacaq.

Sandal ağacı qoxusu