Antibakterial məhsullar bizi ölümlə üzüzə qoyurmuş


Digərləri 03 İyn 2018 20:01:00 283 0

Antibakterial məhsullar bizi ölümlə üzüzə qoyurmuş

Antibiotiklərə qarşı müqavimətin doğura biləcəyi problemlər uzun illərdir ki, müzakirə edilir və istehlakçılar bu mövzuda bilgiləndirilir. Ancaq bu sahədə yeni çalışmalar hər gün istifadə etdiyimiz təmizlik vasitələrinin də antibiotiklərə qarşı müqavimət yarada biləcəyini göstərir.

Son.az xəbər verir ki, Birminhem Universiteti və Norveç Axtarış Parkının araşdırmaçıları antibiotikə qarşı müqavimət yaradan bakteriyalar (kinolon bakteriyaları) əleyhinə savaşan bakteriyaların tez-tez istifadə etdiyimiz antibakterial təmizlik məhsullarının tərkibinə qatılan "triklosan" adlı maddədə olduğunu kəşf edib.

Araşdırmalara görə, kinolon müqaviməti mutasiyası bakteriyanın DNT hüceyrələrinə təsir göstərərək özünümüdafiə mexanizmlərini aktiv hala gətirir və bu müdafiə triklosana qarşı da gerçəkləşir.

Kinolon antbiotikləri önəmli və güclü təsirləri olan dərmanlardandır. Və yeni hazırlanan bu kəşf triklosan istifadəsinin də bu antibiotikə müqavimət göstərməsilə bağlı qayğıları özü ilə birgə gətirib.