“Gürcüstanda qeyrisabitliyin yaradılmasına imkan verilməyəcək”


Dünya 03 İyn 2018 16:11:16 285 0

“Gürcüstanda qeyrisabitliyin yaradılmasına imkan verilməyəcək”

Gürcüstanda qeyri-sabitliyin yaradılması üçün heç kəsə əsas verilməyəcək.

Son.az-ın APA-ya istinadən məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.

Gürcüstanın baş naziri bildirib ki, ölkədə sabitlik təmin olunacaq: "Ədalətsizlik hissi olan insanlara gəlincə, bu, bizim üçün ciddi çağırışdır. Bütün suallara müvafiq formatda mütləq cavab veriləcək. Ölkədə sabitliyi pozmağa çalışan və tamamilə qanunsuz siyasi tələblər irəli sürən radikal qruplara qeyri-sabitliyin yaradılmasına əsas verilməyəcək".