Dövlət Neft Fondu investisiya planlarını açıqlayıb


Digərləri 03 İyn 2018 16:02:00 406 0

Dövlət Neft Fondu investisiya planlarını açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) səhmlərə investisiyalarının artması dünya iqtisadiyyatında müşahidə olunan trendlərdən də asılı olacaq.

Son.az bilidirir ki, bu barədə Trend-ə Fonddan məlumat veriblər.

SOFAZ-dan bildirilib ki, bundan əvvəl deyildiyi kimi, Fondun strategiyasının əsas istiqamətlərindən biri tamamilə şaxələndirilmiş portfelin yaradılmasıdır:

"2012-ci ildən Dövlət Neft Fondu özündə müxtəlif şirkətləri, ölkələri və sahələri birləşdirən dünya səhm bazarına investisiya qoymağa başladı. Qeyd olunmalıdır ki, bu proses həm xarici menecerlərin, həm də Fondun mütəxəssislərinin köməyi ilə həyata keçirilib".