Sabahın havası:


Digərləri 03 İyn 2018 14:53:28 325 0

Sabahın havası:

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-17° isti, gündüz 20-24° isti olacağı ehtimalı var.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.