Lukaşenko yenə Moskvaya qarşı bunt qaldırdı


Dünya 03 İyn 2018 11:56:04 241 0

Lukaşenko yenə Moskvaya qarşı bunt qaldırdı

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiyadan ciddi narazılıqlarını ifadə edib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Lukaşenko iki ölkə sərhədində rusiyalı sərhədçilərin dayanmasını anlamadığını bildirib. O, Moskvanı sərhədçilərin Rusiya-Belarus sərhədində yerləşdirilməsinin formatını müəyyənləşdirməyə çağırıb.

Lukaşenkonun sözlərinə görə, Rusiya Belarusla sərhəddə neçə vaxtdır FTX-nin sərhəd xidməti hərbçilərini yerləşdirib və heç hərbçilərin özləri də qonşu ölkə ilə sərhəddə niyə dayandıqlarını anlamır. "Əgər onlar sərhədi bağlamaq istəyirsə buyursunlar. Bağlayacaqlar, biz də cavabsız qoymayacağıq, sərhəddə nəzarət tətbiq edəcəyik", - Lukaşenko çıxışında bildirib.