Suriya ABŞdan ƏtTanfe bazasını tərk etməyi tələb edib


Dünya 03 İyn 2018 08:52:00 289 0

Suriya ABŞdan ƏtTanfe bazasını tərk etməyi tələb edib

Suriya ABŞ-dan onların yaratdığı Ət-Tanfe bazasını tərk etməyi tələb edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın baş nazirin müavini və xarici işlər naziri Valid Muallem bildirib.

V.Muallem deyib: "ABŞ qoşunlarını Ət-Tanfe bazasını və bütün Suriya ərazisini tərk etdikdən sonra biz Cənubi Suriyada təhlükəsizlik üzrə saziş haqqında danışacağıq".