Venesuelada ikinci siyasi məhbus qrupu azadlığa buraxılıb


Dünya 03 İyn 2018 06:47:09 292 0

Venesuelada ikinci siyasi məhbus qrupu azadlığa buraxılıb

İyunun 3-də 40 dustaq azadlığa çıxıb

Venesuela hakimiyyəti ikinci siyasi məhbus qrupunu həbsdən azad edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqesə istinadən "El Universal" nəşri yazıb.

Bildirilir ki, iyunun 3-də ümumilikdə 40 nəfər azad edilib.

Bundan əvvəl 39 siyasi məhbus azadlığa buraxılmışdı. Onların arasında müxalifət lideri, San-Kristobalın sabiq meri Daniel Sebalyos da var idi.