Nəyə görə Serbiya Krımı Rusiya ərazisi kimi tanımır?


Dünya 02 İyn 2018 22:51:00 348 0

Nəyə görə Serbiya Krımı Rusiya ərazisi kimi tanımır?

Rusiya ilə yaxın münasibətlərə malik olan Serbiyanın prezidenti Aleksandr Vuçiç Krımı Rusiyanın tərkib hissəsi olaraq tanımamalarının səbəbini açıqlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, A.Vuçiç Fransanın "Monde" qəzetinə müsahibəsində bildirib ki, Krımı Rusiya ərazisi kimi tanımaq Kosovonun müstəqilliyinə dəstək mənasına gələr: "Biz Krımı Rusiyanın tərkib hissəsi kimi tanımamışıq. Çünki belə etsək, bu, o mənaya gələrdi ki, biz Kosovonun müstəqilliyini dəstəkləyirik".

A.Vuçiç qeyd edib ki, Belqrad Avropa Birliyinə daxil olmaq istəsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Onun fikrincə, avrointeqrasiya və Rusiya ilə yaxşı münasibətlər bir-birinə zidd deyil.