''Mənim çöldə pambığım susuzluqdan yanır, necə saxlayım?'' –


Digərləri 02 İyn 2018 21:48:00 340 0

''Mənim çöldə pambığım susuzluqdan yanır, necə saxlayım?'' –

Biləsuvarda yol polisi reyd keçirib. Reyd zamanı polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşan, hətta protokolun yazılmasına mane olan sürücülər də olub. Başqa bir sürücü isə polisə ''Mənim çöldə pambığım susuzluqdan yanır, maşını necəsaxlıyım?'' deyərək özünə haqq qazandırmağa çalışıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, polisdən yayınıb avtomobilinə oturub qaçır. Bu sürücü isə protokol yazılmasına mane olmaq istəyir.

Görüntülər Biləsuvar rayonunda yol patrul xidmətinin əməkdaşlarının keçirdiyireyddəndir. Məqsəd qayda pozanları və cərimələrini vaxtında ödəməyən sürücüləri aşkarlamaqdır.

Yol polisinin yoxlamaları zamanı maraqlı anlar da yaşanıb.Saxla əmrinə tabe olmayan bu sürücüsonradan polisə müxtəlif bəhanələr gətirib.


Xəbərə aid video