Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib


Dünya 02 İyn 2018 20:16:00 330 0

Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəliləyib

Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən "Anadolu" məlumat yayıb.

"Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandilə (İraqda şəhər - red.) az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq", - deyə agentlik Soylunun sözlərini sitat gətirib.