Dövlət Gömrük Komitəsinin sədri "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub (FOTO)


Digərləri 02 İyn 2018 20:14:00 701 0

Dövlət Gömrük Komitəsinin sədri "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub (FOTO)

İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub

Bakı. İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub. Səfər Mehdiyev Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.