9 və 11ci sinif şagirdləri fərqli günlərdə buraxılış imtahanı verəcək


Digərləri 02 İyn 2018 19:25:00 287 0

9 və 11ci sinif şagirdləri fərqli günlərdə buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, buraxılış imtahanı məktəbin yerləşdiyi şəhər və rayondan asılı olaraq 3 fərqli gündə keçiriləcək.

Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri 3 fərqli gündə buraxılış imtahanı verəcəklər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında iyunun 21-də keçiriləcək.

Digər bölgələr üzrə isə imtahanlar iyunun 27-si və iyulun 3-də təşkil ediləcək.

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran məktəbliləri üçün imtahan günü iyunun 27-sidir.

Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı şagirdləri isə iyulun 3-də imtahan verəcəklər.