Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri


Digərləri 02 İyn 2018 17:24:00 364 0

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Smart Owl Uşaq İnkişaf Mərkəzində bayram tədbiri keçirildi.

Son.az xəbər verir ki, tədbirdə İnkişaf Mərkəzinin ilk tədris ilinin yekunu olaraq proqram məzunları təltif edildilər. Uşaqların çıxışları və bədii proqramdan sonra Umid.az təşkilatı ilə bərabər xeyriyyə aksiyasına start verildi. Ürək əməliyyatına ehtiyacı olan 7 yaşlı balaca Ümid Babayevin əməliyyatı üçün təşkil edilmiş xeyriyyə yarmarkasında  Mərkəzin art klubunda hazırlanmış maraqlı əl işləri, Kitab Evinin təqdim etdiyi kitablar, Umid.az forumunun üzvlərinin hazırladıqları bəzək əşyaları satıldı, balaca qızların saçlarına Velure gözəllik salonunun ustaları tərəfindən billur muncuqlar, bəzəklər düzüldü.  Bütün bunlardan toplanan və  2 saat ərzində  tədbirdə yığılan  1268 manat miqdarında vəsait  7 yaşlı Ümid Babayevin əməliyyatı üçün ailəsinə təqdim edildi.

Ümid Babayev ürək çatışmazlığından əziyyət çəkir,  bundan öncə Umid.az forumunun dəstəyi ilə iki əməliyyat keçirib. Daha bir əməliyyat olunması üçün 34 min manat toplanmalıdır.


Xəbərə aid fotolar