Çaylarda sululuq səviyyəsi dəyişdi


Digərləri 02 İyn 2018 14:51:00 216 0

Çaylarda sululuq səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Çaylarda sululuq səviyyəsi açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 385 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 370 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.