Əbülfəs Qarayev: Azərbaycan həmişə multikulturalizm, etnik və dini bərabərlik ideyalarını dəstəkləyib


Digərləri 02 İyn 2018 14:19:23 264 0

Əbülfəs Qarayev: Azərbaycan həmişə multikulturalizm, etnik və dini bərabərlik ideyalarını dəstəkləyib

Azərbaycan bütün bəşəriyyətin mədəni dəyərlərinin toplandığı məkan olaraq həmişə multikulturalizm, etnik və dini bərabərlik ideyalarını dəstəkləyib və dəstəkləyir

Bakı. Əli Mustafayev - Azərbaycan bütün bəşəriyyətin mədəni dəyərlərinin toplandığı məkan olaraq həmişə multikulturalizm, etnik və dini bərabərlik ideyalarını dəstəkləyib və dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda “Avropa Şəhərciyi-2018” festivalının açılış mərasimində deyib. Ə.Qarayevin sözlərinə görə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə təşkil edilən tədbir tərəflərin yaxın mədəni və işgüzar əməkdaşlığına yaxşı nümunədir: