"Bakının Baş Planı istiqamətində işlər araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək"


Digərləri 02 İyn 2018 13:20:00 331 0

"Bakının Baş Planı istiqamətində işlər araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək"

Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.

Komitədən Son.az-a verilən məlumata görə, 2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Böyük Bakının Regional İnkişaf Planı" və onun əsasında "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı"nın layihəsi hazırlanmışdır. "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmayıb, sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib.

Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.