Futbolçu qız üstündə öldürüldü


Dünya 02 İyn 2018 11:59:00 283 0

Futbolçu qız üstündə öldürüldü

Kolumbiya Premyer Liqasında çıxış edən "Kortulua" klubunun futbolçusu Alexandro Penyaranda qız üstündə qətlə yetirilib. 

Son.az sportnet.az-a istinadən xəbər verir ki, naməlum şəxs Penyaranda ilə münasibətlərini ayırd etmək üçün "Toluka"da çıxış edən Kristian Borxanın evinə gəlib. Həmin vaxt evdə bir neçə futbolçu olub. Qatil tapançasını çıxararaq, atəş açıb. 

Nəticədə 25 yaşlı hücumçu yerində keçinib, "Kotulua"nın yarımmüdafiəçisi Eyssen İskyerdo isə yaralı halda xəstəxanaya çatdırılıb.