BMT TŞ ABŞın qətnamə layihəsini qəbul etmədi


Dünya 02 İyn 2018 11:02:00 271 0

BMT TŞ ABŞın qətnamə layihəsini qəbul etmədi

BMT Təhlükəsizlik Şurası ABŞ-ın gündəliyə daxil etdiyi və xüsusilə də HƏMAS qruplaşmasının pislənməsini nəzərdə tutan Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsini dəstəkləməyib.

Son.az report-a istinadən xəbər verir ki, layihənin lehinə yalnız Birləşmiş Ştatlar səs verib.

Şuranın Rusiya da daxil olmaqla 3 üzvü sənədin əleyhinə səs verib, 11 ölkə bitərəf qalıb.