Sürüşmə sahəsində vəziyyət necədir?


Digərləri 02 İyn 2018 10:46:00 248 0

Sürüşmə sahəsində vəziyyət necədir?

""Teleqüllə" sürüşmə sahəsi və Buxta küçəsində monitorinq davam etdirilir. Ərazilərdə quraşdırılmış mayaklarda çatlar, proseslərin dinamikasında aktivlik müşahidə edilməyib".

Son.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təbii və texnogen amillərin təsirindən Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib.