Meksikada naməlum şəxslər 6 polis əməkdaşını öldürüb


Dünya 02 İyn 2018 09:30:00 225 0

Meksikada naməlum şəxslər 6 polis əməkdaşını öldürüb

Onlar cinayət yerindən qaçıblar

Meksikanın Salamanka şəhərində 3 naməlum şəxsin yol polis patrul xidmətinin əməkdaşlarına silahlı hücumu nəticəsində 6 asayiş keşikçisi ölüb.

“Report” “Reuters”ə isitinadən xəbər verir ki, polis əməkdaşları patrul xidməti həyata keçirirmiş.

Bildirilib ki, 3 naməlum şəxs xidməti vəzifələrinin icra edən asayiş keşiçilərinin avtomobilini atəşə tutublar. Onlar cinayət yerindən qaçıblar. Hücumun motivi məlum deyil.

2017-ci ildə Meksikada polislərin qətlə yetirilməsi rekord həddə olub.

Bir müddət əvvəl isə bildirilib ki, Meksikanın Quanaxuato ştatında bir həftədə azı 62 nəfər qətlə yetirilib.