Avropada "Porsche" satışı dayanır


Digərləri 01 İyn 2018 23:31:00 313 0

Avropada "Porsche" satışı dayanır

Almaniyanın və dünyanın məşhur avtomobil istehsalçısı "Porsche" şirkəti Avropaya yeni modellərin satışını dayandırıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb şirkətin yeni yüksək standartlara keçməsi və bu istiqamətdə sınaqlar aparmasıdır.

Məlumata görə, bu qərar sentyabrdan etibarən qüvvəyə minəcək və sadəcə bir neçə modelə şamil ediləcək. Belə ki, yeni model "Porsche Cayenne" və ya "Porsche Panamera" almaq istəyənlər 2019-cu ilə qədər gözləməli olacaqlar.