Dünyanın ən qədim ikinci qayası tapıldı


Digərləri 01 İyn 2018 22:58:00 322 0

Dünyanın ən qədim ikinci qayası tapıldı

Dünyanın ən qədim qayası Avstraliyanın qərbində, Ceyk Hildə yerləşir. Onun 4 milyard 400 milyon illik yaşı var. Alimlər bu dəfə dünyanın ən qədim ikinci qayasının Hindistanda olduğunu iddia edir.

Son.az xəbər verir ki, Hindistanda tapılan qayanın 4 milyard 240 milyon il yaşı olduğu deyilir. Bu, dünyanın ən qədim ikinci qayası olaraq tarixə düşəcək. "New Straits Times" nəşrinin yaydığı məlumata görə, dünyanın ən qədim ikinci qayası Hindistan, Çin və Malayziya geoloqları tərəfindən araşdırılıb. 8 il əvvəl tapılan bu qayanın Hindistanın Odiha əyalətində yerləşdiyi deyilir.