Metrodakı vəzifəsindən ayrılan Nəsimi Paşayev qazandıqlarından danışdı


Digərləri 01 İyn 2018 20:33:00 261 0

Metrodakı vəzifəsindən ayrılan Nəsimi Paşayev qazandıqlarından danışdı

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Nəsimi Paşayevin Son.az-a müsahibəsi:  

"Metroda işlədiyim illər mənə çox şey qazandırdı" - İki həftə əvvəl öz ərizənizlə mayın 31-də vəzifənizdən gedəcəyinizi bildirmişdiniz? O vaxtdan bəri fikriniz dəyişmədi?

- Xeyr, kişinin sözü bir olar. (Gülür - İ.İ)

- Metroda işlədiyiniz bu 4 il 3 ay yadınızda necə qaldı? Buradakı vəzifəniz sizə nə qazandırdı? 

- Metroda işlədiyim illər mənə çox şey qazandırdı. İlk növbədə böyük təcrübə verdi. Mən 2004-cü ildən mətbuat xidməti sahəsində işləyirdim. 2014-cü ilədək adi mütəxəssis kimi işləmişəm. 2014-cü ilin əvvəlindən 2018-ci il mayın 31-dək isə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olmuşam. Burda işlədiyim müddətdə çalışdım ki, əlimdən gəldiyi qədər bacarıqlarımı, potensialımı ortaya qoyum, vicdanla işləyim. Əsas prinsipim ictimaiyyətlə, eyni zamanda mətbuatla açıq ünsiyyət qurmaq, onlara vaxtında məlumatları çatdırmaq idi. Mənə belə gəlir ki, bacardığım qədər bunun öhdəsindən gəldim. maksimum dərəcədə çalışdım ki, işimə vicdanla yanaşım. İkincisi, bu vəzifə mənə çoxlu dost-tanış qazandırdı. Düzdür, mətbuat nümayəndələri ilə 10 ildən çox işləsəm də, bu qədər çox əhatəm, çevrəm yox idi. Burada özümə çox böyük çevrə qazandım. Özümə çox gözəl dostlar qazandım. Ətrafımda yaxşı atmosfer yarada bildim. Ümumilikdə, burada çox şey qazandım.

"Metropolitenə qarşı haqsızlıq olarsa, sözümü deməyə hər zaman hazıram" - Bundan sonra Metropolitenlə əməkdaşlığınız hər hansı formada davam etdirəcəksiniz?

- Metropolitendə belə bir yazılmamış qayda var - Burda bir müddət işləyəndən sonra olursan metropolitençi. Yəni burdan nə qədər aralansan da, heç vaxt tam uzaqlaşa bilmirsən. Məncə son illər Metropolitendə görülən işlər göz qabağındadır. Çox böyük işlər görülüb.  Əgər Metropolitenə qarşı hər hansı haqsızlıq olarsa, bunu edənlərə qarşı sözümü deməyə hər zaman hazıram. Bundan sonra da Metropolitenin rəhbərliyinə, şəxsən Zaur müəllimin ("Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynov nəzərdə tutulur -İ.İ.) özünə lazım olan bütün köməkliyi göstərəcəm. Nə mənada? Əgər hansı bir neqativ hal, problem olarsa, onu şəxsən Zaur müəllimin özünə çatdırmağa çalışacam. Çünki o, şəxsən neqativləri aradan qaldırmaqda birbaşa maraqlı olan adamdır. Bu baxımdan köməkliyimi hər zaman göstərəcəm.

"Yaxşı bir təklifin olacağını gözləyirəm" - Bundan sonra fəaliyyətinizi harada davam etdirəcəyiniz bəllidirmi? Yeni iş təklifləri varmı? Seçim etmisinizmi?