Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başladı


Digərləri 01 İyn 2018 19:38:00 268 0

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başladı

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.  

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, "Azərenerji" və "TAVANİR" şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən "Azərenerji" ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

Qeyd edək ki, bu ilin aprelində "Azərenerji" ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR" arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANİR"  şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.