25ci Beynəlxalq Xəzər Neft, Qaz və Alternativ Enerji Sərgisi baş tutdu


Digərləri 01 İyn 2018 19:24:00 414 0

25ci Beynəlxalq Xəzər Neft, Qaz və Alternativ Enerji Sərgisi baş tutdu

9 may - 1 iyun 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Beynəlxalq Xəzər Neft, Qaz və Alternativ Enerji Sərgisi keçirilib.

Son.az bildirir ki, sərgidə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən enerji resurslarının potensialı və bu hesaba Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində müəyyən olunduğu kimi ənənəvi istehsalın mərhələli şəkildə bərpaolunan və yeni təkrar emal növlərinə çevrilməsi, enerji asılılığının aradan qaldırılması və ekoloji mühitin qorunması kimi bir sıra önəmli hədəflərə nail olunması üçün həyata keçirilən layihələrin siyahısı təqdim edilib.

Ölkədə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələri olan 1 ev-1 elektrostansiya" prinsipi çərçivəsində ABOEM texnologiyaları tətbiq etməklə yaşayış və qeyri-yaşayış binalarının enerji təminatı, günəş, külək, geotermal və bioenerjihesabına hibrid tipli stansiyaları prinsipi çərçivəsində şəhər və rayonlarda yerli enerji mənbələri hesabına enerji təminatının formalaşdırılması və ölkə miqyasında sənaye tipli elektrik stansiyalarının və onların idarəetmə mexanizmlərinin strukturu xəritə üzərində sərgi iştirakçılarının nəzərinə çatdırılıb.

Samux Aqroenerji Yaşayış Kompleksinin 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqon olması və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqinin xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yarada bilməsi potensialı hər kəs tərəfindən maraqla qarşılanıb.