Xətaidə 5 otaqlı ev yandı


Digərləri 01 İyn 2018 19:00:00 263 0

Xətaidə 5 otaqlı ev yandı

Bakının Xətai rayonunda ev yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları 120 kv.m sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.