Prokuror Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadına 10 il cəza istədi


Digərləri 01 İyn 2018 17:20:00 216 0

Prokuror Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadına 10 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib. Prokuror L.İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti prosesi iyunun 8-nə təyin edilib.