Azərbaycanda Günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı yeni model hazırlanıb


Digərləri 01 İyn 2018 16:52:00 255 0

Azərbaycanda Günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı yeni model hazırlanıb

Azərbaycanda Günəş enerjisi ilə çalışan avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırlanıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda Günəş enerjisi ilə çalışan avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, Yer Elmləri Bölməsinin bu gün keçirilən iclasında akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun “Günəş avtomobillərinin yol boyunca hərəkətinin riyazi modelləşdirilməsi: simulyasiya və vizuallaşdırılma” mövzusunda elmi məruzəsi dinlənilib. R.Qardaşov qeyd edib ki, artıq neft məhsulları ilə işləyən avtomobillərin erası başa çatmaqda və akkumulyatordan qidalanan elektromobillərdən istifadəyə keçid başlamaqdadır. Növbəti mərhələdə hibrid – akkumulyator və Günəş enerjisi ilə işləyən avtomobillərə keçid olacağını deyən alim bildirib ki, yüksək effektli və maya dəyəri nisbətən az olan fotoelementlər kəşf edildikdən sonra isə əsasən Günəş enerjisi ilə işləyən avtomobillərdən istifadə olunacağı gözlənilir.