"Kilauea" püskürdü Fövqəladə vəziyyət elan olundu, təxliyə aparılır


Dünya 01 İyn 2018 15:47:00 540 0

"Kilauea" püskürdü  Fövqəladə vəziyyət elan olundu, təxliyə aparılır

ABŞ-ın Havay ştatında "Kilauea" vulkanı oyanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, vulkanın püskürməsi ilə əlaqədar artıq bir neçə rayonda əhalinin məcburi təxliyəsi aparılıb. Sakinlərə gün ərzində yaşadıqları yerləri tərk etmək tapşırığı verilib.

Qeyd olunur ki, "Kilauea"nın püskürməsi ilə əlaqədar Havay adalarının bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub.