Bakıda uşaqların 1 iyun sevinci FOTO


Digərləri 01 İyn 2018 14:33:00 366 0

Bakıda uşaqların 1 iyun sevinci  FOTO

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi "Uşaq festivalı" çərçivəsində bu gün Dənizkənarı Milli Parkda uşaqlar attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə ediblər.

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu ev", "Pirat", "Möcüzələr dünyası", "Qüllə" attraksionları, "Mirvari" gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərib.