“Elmira Axundova evində mənə 200 min manatı şəxsən özü verdi”


Digərləri 01 İyn 2018 14:13:00 261 0

“Elmira Axundova evində mənə 200 min manatı şəxsən özü verdi”

Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işinin bəzi detalları məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, o, istintaqa ifadəsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovla aralarındakı ticarət əlaqələrindən və sonradan yaranan borc məsələsindən danışıb.

İbtidai istintaqda ifadə verən E.İbrahimov özünü təqsirli bilmədiyini söyləyib. O bildirib ki, 2007-2009-cu illərdə "İntelekt" MMC-də kuriyer və satış meneceri, daha sonra isə "OfisOne" şirkətində satış meneceri işləyib:

"2011-ci ildə ofis və dəftərxana ləvazimatlarının və katriclərin satışını həyata keçirmək üçün "E Plus E Company" MMC-ni yaratdım. Katric alverini əsasən "Falkon" şirkətinin direktoru Rövşən Məmmədovla edirdim. Daha çox qazanc əldə etmək üçün işlədiyim şəxsərdən böyük məbləğlərdə borclar almağa başladım. Bu işə Rövşən Məmmədovun tanışı Müjgan Mehtiyeva da qoşuldu. Müjgan Mehtiyeva isə qardaşı Muradı bu işə cəlb etdi. Daha sonra dostum Anar Babayevdən borca pul alıb, qazancı ilə geri qaytardım. Anar Babayev də öz dostu Anar Surxayzadəni bu işə qoşdu".

Onun sözlərinə görə, bu iş deputat E.Axundovanın oğlu H.Axundova qədər gedib çatıb: "Həbib Axundov da tanışları Fərman Məmmədov və Nazir Mirzəyevi bu işə qoşaraq onaların qazanc əldə etmələrinə şərait yaratmaq istədi".

E.İbrahimov qeyd edib ki, xaricdən ucuz qiymətə aldığı katric və digər ofis ləvazimatları ilə qısa zamanda pul qazandığını vəd edərək, yuxarıda adı çəkilən və daha bir neçə şəxsdən külli miqdarda pul alıb.

İttiham aktına əsasən, o, ilk başda onalara günlük, həftəlik və aylıq qazanclar versə də, sonradan vədinə əməl etməyib.

E.İbrahimov ifadəsi zamanı H.Axundovla əlaqələri və biznesi barədə danışarkən söyləyib ki, deputat oğlunu sinif yoldaşı Orxan Xanbabayevə görə tanıyıb: "2006-cı ildən aramızda münasibət yaranıb, məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min pul istədim. O da verdi. Axşam isə əlavə 500 manat qazancla pulu geri qaytardım. Sonra bir günlüyə 10 min aldım, 1500 artığı ilə qaytardım. Daha sonra 25 min istədim. Həbib o qədər pulunun olmadığını bildirdi və Fərman Məmmədovdan alıb mənə verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib Fərmanda pulun olmadığını dedi. Faizə pul verən Nazir adlı şəxsə danışdılar. Onladan 90 min alıb, 99 min qaytardım. Daha sonra həfətsi 12 min qazanc olmaqla 90 min manat bir neçə dəfə alıb, qayatrmışam. Sonra işlər yaxşı getmədi deyə pulları qaytara bilmədim. Həbib özünün, Fərmanın və Nazirin pulunu tələb edirdi. 2013-cü ildə söhbət zamanı məlum oldu ki, onlardan aldığım ümumi məbləğ 535 min manatdır. Həbib tanışları Orxan və Zarinadan aldığım pulları da ona qaytarmağımı tələb etdi. Buna görə də aramızda 735 min manatlıq borc müqaviləsi imzalamığımı istədi. Mən onlara bu müddət ərzində qazanc verdiyimi dedim və heç olmasa əsas məbləğdən həmin qazancın çıxarılmasını istədim. Fərman 125 min qazanc götürdüyünü və ona 450 min pul ödəməli olduğumuzu söylədi. Həbib Axundov da məcbur qalıb həmin məbləği Fərmana ödəyib".