Dövlət qulluğuna qəbul üçün imtahanda cəmi 10 nəfər uğur qazanıb


Digərləri 01 İyn 2018 14:17:00 239 0

Dövlət qulluğuna qəbul üçün imtahanda cəmi 10 nəfər uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da keçirilən inzibati icraçı vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak edən namizədlər haqqında bəzi statistik məlumatları açıqlayıb.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 45 nəfəri kişi, 8 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən namizədlərdən 19 nəfər 30-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupu (35-59 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 17-si kişi, 4-ü isə qadındır. Yuxarı yaş intervalına aid namizədlərin 3-ü imtahanda uğur qazana bilib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 53 namizəddən 10 nəfəri (18.9%) müvəffəqiyyət əldə edib (45 kişidən 9 nəfəri, 8 qadından isə 1 nəfəri lazım olan balı toplayıb).