Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib


Digərləri 01 İyn 2018 14:05:00 221 0

Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib

Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib.

Bakı. Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda deyilir ki, Ələddin Məmmədov Azərbaycan diasporunun fəallarından idi. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfələrini verib. Naxçıvan Muxtar Respublikasında doğulan Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, uzun illər Rusiyada yaşayıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Məmmədovun vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verir, yaxınlarına səbr diləyir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin