14 yaşlı qızı qardaşının gözü önündə vəhşicəsinə döydülər


Dünya 01 İyn 2018 13:49:00 256 0

14 yaşlı qızı qardaşının gözü önündə vəhşicəsinə döydülər

14 yaşlı qız nənəsi və xalası tərəfindən küçənin ortasında amansızlıqla döyülüb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, o dəhşətli anlar Türkiyənin "Kanal D" xəbərlərində yayımlanıb.

Qızın valideyinləri 17 illik evliliyə son qoyublar. Qardaşı atasının, qız isə anasının yanında qalırdı. Ancaq ata 14 yaşlı qızının da onunla qalmağını istəyirdi.

Azyaşlı qızı nənəsi və xalası binanın girişində vəhşicəsinə döyərək, atasının yanına aparmaq istəyiblər. 14 yaşlı qız qaçaraq, evə sığınıb.