Həftəsonu Gənc Tamaşaçılar Teatrında iki tamaşanın premyerası olacaq
Digərləri 01 İyn 2018 13:30:42 150 0
Tamaşalara biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və "ASAN xidmət" filiallarından əldə etmək olar
Teatrdan "Report"a verilən məlumata görə, teatr iyunun 1-i,saat 12:00və 14:00-daP.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı ilk dəfə nümayiş etdirəcək. Axşam saat 19:00-da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin “Ana” mənzum dramının premyerası təqdim olunacaq.
Bundan başqa, uyunun 2-si saat 12:00və 14:00-da A.Şaiqin “Tıq-Tıq xanım”, saat 16:00 və 19:00-da isə böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti Xırs quldurbasan” tamaşaları nümayiş etdiriləcək.
Tamaşalarda əməkdar artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov, aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Günel Məmmədova , Zemfira Əbdülsəmodova, Ədalət Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova, Nuranə Hüseynova və başqaları iştirak edirlər.
Tamaşalara biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və "ASAN xidmət" filiallarından əldə etmək olar.