Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir (FOTO)


Digərləri 01 İyn 2018 12:34:00 312 0

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir (FOTO)

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş layihə Park Bulvar TM-nin tərəfdaşlığı ilə keçirilir.

Bakı. 1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Trend-in məlumatına görə, Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, Azercell Telekom-un təşəbbüsü və Park Bulvar TM-nin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində Park Bulvarda nümayiş olunub. Böyük marağa səbəb olan səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması mesajını ötürür. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və Azercell-in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşuгlar paylanılıb.