Bakıda 4 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı vəzifəli şəxs həbs edildi


Digərləri 01 İyn 2018 12:24:00 225 0

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı vəzifəli şəxs həbs edildi

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı bir nəfər həbs edilib.

Son.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən "Azərtransservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada 4 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işi üzrə həmin ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.