“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan edildi


Digərləri 01 İyn 2018 11:03:15 284 0

“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan edildi

Azərbaycan Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər. Komitədən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən ailənin üzvü ev kitabxanasının fotoşəklini çəkib 30 avqust 2018-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilər. Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq. Müsabiqənin şərtləri: