Qazax və Salyan sakinlərindən qanunsuz saxlanılan silah-sursat götürülüb


Digərləri 01 İyn 2018 11:07:05 317 0

Qazax və Salyan sakinlərindən qanunsuz saxlanılan silah-sursat götürülüb

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb.

Bakı. Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, əldə edilmiş məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarınını keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.