“Daşkəsən Filizsaflaşdırma” ASC yenidən investisiya müsabiqəsinə çıxarılıb


Digərləri 01 İyn 2018 10:46:07 254 0

“Daşkəsən Filizsaflaşdırma” ASC yenidən investisiya müsabiqəsinə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yenidən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yenidən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Komitədən Trend-ə verilən məlumata görə, müəssisə “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ölkə prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb. Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması ilə bağlı ümumi dəyəri azı 600 mln. manat olan, 5 il ərzində icra olunacaq investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə azı 100 mln. manat ödəməlidir. Qalib investor isə azı 1 000 yeni iş yeri yaratmalı, layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 160 min manat pul ödəməli olacaq.