Oğuzda ər arvadını xəstəxanalıq etdi


Digərləri 01 İyn 2018 09:22:00 221 0

Oğuzda ər arvadını xəstəxanalıq etdi

Oğuzda 47 yaşlı qadın əri tərəfindən döyülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, mayın 31-i saat 21.00 radələrində rayonun Qumlaq kənd sakini, 1971-ci il təvəllüdlü Məhbubə Kərim qızı Xəlilova Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Oğuz MRX-da ilkin tibbi yardım göstərildikdən sonra qadın müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib.

Şəki MRX-dan APA-ya bildirilib ki, Məhbubə Xəlilova xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.