Meksikada fövqəladə vəziyyət elan edildi


Dünya 01 İyn 2018 08:38:00 231 0

Meksikada fövqəladə vəziyyət elan edildi

Meksika hakimiyyət orqanları tərəfindən qeyri-adi isti hava şəraiti səbəbindən 31 ştatdan 22-də fövqəladə vəziyyət elan edildi. Son.az Trend-ə istinadən bildirir ki, məlumatı Milli mülki müdafiə xidməti yayıb.

Qurumun məlumatına əsasən, fövqəladə vəziyyət 573 bələdiyyədə elan olunub. Onlar Aşağı Kaliforniya, Cənubi Aşağı Kaliforniya, Sonora, Nayarit, Oaxaka, Çiuaua, Koauila, Durango, San Luis potosi, Noevo leon, Tamaulipas, Verakruz, Qerrero, Tabasko, Kampeçe, Kintana Ro, Yukatan, Çyapas, Kolima, Sinaloa, Miçoakan və Puebla ştatlarında yerləşir.

Bu ştatların bəzi yerlərində temperatur 45-50 dərəcəyə çatır.