Oğuzun iki kəndinə içməli su verilib


Digərləri 01 İyn 2018 00:43:28 257 0

Oğuzun iki kəndinə içməli su verilib

Oğuzun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.

Bakı. Oğuzun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, kəndlərə içməli suyun verilməsi münasibətilə Astarxanovka kəndində keçirilən açılış mərasimində Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionlarda icra edilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, son illər əhalisinin sayı 630 min nəfər olan 520 kənd və qəsəbədə içməli su layihələri icra olunub. 2018-ci ildə əhalisinin sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılacaq.