Günəşə uzun müddət baxsaq nələr olar?


Digərləri 31 May 2018 23:55:00 329 0

Günəşə uzun müddət baxsaq nələr olar?

Günəşə uzun müddət birbaşa olaraq baxmaq çox ağıllı fikir deyil, bunu hamı bilir. Bəs, o zaman gözümüzdə nələr reallaşır?

Günəş ilə əlaqədar çoxumuzun eşitdiyi məlumatlardan biri, uzun müddət baxıldığında qalıcı korluğa belə səbəb ola bilməsidir. Bəs necə olur ki, gözümüzə bu cür bir zərər dəyir?

Son.az deyerler.org-a istinadən bildirir ki, əvvəlcə işığın, əslində son dərəcə yüksək miqdarda enerji daşıdığını bilmək lazımdır. Lakin işıq qaynaqlarının gücü və uzaqlığı, gözümüzə çatana qədər işığın edəcəyi təsirin zəifləməsinə səbəb olur. Bu səbəbdən səmada və ya yer üzündə olsun, bəzi işıq qaynaqlarına baxmaqda problem olmadığı halda, bəziləri çətinlik yarada bilir.

Günəşə teleskopla baxarkən, zərərlərinə qarşı maneə törətmək məqsədilə xüsusi filtrlər istifadə edilir. Bu filtrlər olmadan teleskopla baxmaq, ağla gələ biləcək ən pis fikirlərdən biridir. Tək teleskopa gərək qalmadan, normal şəkildə başınızı qaldırıb uzun müddət baxsanız da, gözlərinizi məhv edə bilərsiniz.

Açıq havalarda günəş, ortalama bir lampadan tam 5000-qat daha parlaq olur. Belə bir gücə sahib günəşə yalnız bir anlığına baxıb başınızı çevirdiyinizdə, gözünüzün qarşısında bulanıq bir yumru şəklin meydana çıxdığını görərsiniz.