İnsanın bitki kimi bitməsi necə ola bilər?


Digərləri 31 May 2018 23:50:00 314 0

İnsanın bitki kimi bitməsi necə ola bilər?

Qurani-Kərimdə belə bir ayə var: "Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)". ("Nuh" 17).

Bəzən Quranda elə ayələrə rast gəlirik ki, mənasını dərk etmək bizə çətin olur. O, ayələrdən biri də "Nuh" surəsində olan bu ayədir. Bəs bu ayə bizə nə demək istəmişdir?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu surə Həzrət Nuhun (ə) düşmənləri ilə mübarizəsindən bəhs edir.

Bəyan edir ki, Həzrət Nuh (ə) onları hər nə qədər tək olan Allaha tərəf dəvət etsə də, qəbul etmirdilər. Həzrət Nuh (ə) onlara İlahi nemətləri sayır ki, bəlkə bundan sonra nemətlərə şakir olar, şükür edər və iman gətirərlər.

Tövhidi isbat etmək üçün onlara başa düşəcəkləri dildə dəlillər gətirir, deyir ki, göyə baxın və bu yeddi səmanı Allah xəlq etmişdir.

Ayı bu səmanı işıqlandırmaq üçün yaratmışdır. Gündüzlər isə günəşi nur vasitəsi olaraq sizin üçün xəlq etmişdir.

Sonra insanın yaradılışına işarə edərək, deyir ki, Allah sizi bitki kimi torpaqdan cücərtmişdir.