WhatsAppda gözlənilən funksiya istifadəyə verildi


Digərləri 31 May 2018 23:34:00 295 0

WhatsAppda gözlənilən funksiya istifadəyə verildi

"WhatsApp" messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.

Son.az ICTnews-a istinadən xəbər verir ki, messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.

Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə basmaq lazım gələcək.