Rumıniya məhbuslar üzərində işgəncələrdə


Dünya 31 May 2018 22:16:00 264 0

Rumıniya məhbuslar üzərində işgəncələrdə

Avropa insan haqları məhkəməsi Rumıniya hökumətinin üzərinə Səudiyyə Ərəbstanı vətəndaşı Əbd Əl-Rəhim Əl-Nəsiriyə 100 min avro təzminat ödəmək öhdəliyi qoyub.

Son.az oxu.az-a istinadən bildirir ki, adı çəkilən şəxs ABŞ Mərkəzi kəşfiyyat idarəsinin Buxarestdə yerləşən gizli həbsxanasında işgəncələrə məruz qalıb.

Məhkəmə ölkənin insan haqları pozuntusunda günahkar olduğunu müəyyən edib və Rumıniya hökumətindən istintaq aparmağı və cinayətkarları məsuliyyətə cəlb etməyi tələb edib.