Azərbaycanda dəniz suyundan içmək üçün


Digərləri 31 May 2018 21:14:00 263 0

Azərbaycanda dəniz suyundan içmək üçün

Dəniz suyundan içməli su kimi istifadə edilməsi mümkün olacaq. Bunun üçün dəniz suyunun duzsuzlaşdırılması kompleksində iş aparılır. Hazırda isə duzsuzlaşdırılmış sudan yalnız yaşıllaşdırma işlərində və tingliklərin suvarılmasında istifadə olunur. Əməkdaşlarımız bu kompleksdə olub onun iş prinsipi ilə maraqlanıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər dənizindən götürülən su filtrlərdən keçirilir, duzsuzlaşdırılır və yaşıllaşdırma işlərində istifadə olunur.

Salyan rayonunun Xıdırlı kəndində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu" səmərəliliyini artırır. Burada təmizlənən su içmək üçün də istifadə olunacaq.

Hazırda kompleksdə il ərzində ortalama 400 min kub dəniz suyu təmizlənir. İlkin olaraq 12 km məsafədən qurulmuş nasoslar vasitəsilə Xəzər dənizindən vurulan su 30 min kubmetrlik dambaya ötürülür.


Xəbərə aid video