DİQQƏT! Evlərin sığortalanması məcburi olacaq VİDEO FOTO


Digərləri 31 May 2018 18:42:00 228 0

DİQQƏT! Evlərin sığortalanması məcburi olacaq   VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində evlərin məcburi sığortalanması ilə bağlı sujet efirə gedib.

Quba sakini Rafiq Qurbanov bildirir ki, 2017-ci ildə ona məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Zərərçəkən evin daxilində olan əşyaların heç birini götürə bilməyib. Hazırda yaxın qohumlarının evində yaşayan Rafiq Qurbanov öz xərcləri hesabına yeni ev tikintisinə başlayıb. O, bildirir ki, Məsələ ilə bağlı aidiyatı qurumlar əraziyə baxış keçirirb. Ona bu istiqamətdə yarım edilməsi məsələsinə gəlincə:

Rafiq Qurbanov (sakin): "FHN-dən gəliblər baxıblar. Sığortam yox idi deyə alınmadı. Əllərindən gələn köməkliyi ediblər. Sığorta olsaydı, kömək olunardı".

Mütəxəssilər bildirir ki, bu cür vəziyyətə düşən vətəndaşlar əksər hallarda çətinliklə üzləşir. Çünki bir çox sakin sığorta xidmətlərindən istifadə etmir. Daşınmaz əmlakın sığortalanması icbari olsa da, vətəndaşlar əsasən alğı-satqı zamanı və digər sənədləşmə proseslərində sığorta agentlərinə müraciət edir.

Aydan Heydərova (sığorta mütəxəssisi): "Əmlakını sığorta etdirmək üçün müştəri müvafiq sənədlərlə bizə müraciət edir. Ev haqda olan çıxarış və şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra biz ona kömək edirik".

Vətəndaş müvafiq sənədləşmə prosesini keçdikdən sonra daşınmaz əmlakın konstruktiv elementlərinə, otaqlarına dəyən, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, həmçinin istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Daşınmaz əmlakın sığrotalanması icbari və könüllü olmaqla iki yerə ayrılır.


Xəbərə aid foto